[b]Jiru “Fənərbaxça” yolunda[/b]
03.01.2018 - 16:07
“Arsenal”ın hücumçusu Olivye Jiru karyerasını Türkiyədə davam etdirə bilər. Apasport.az saytı “Fanatik”ə istinadən xəbər verir ki, 31 yaşlı forvardın xidmətində “Fənərbaxça” klubu maraqlıdı.
Təcrübəli futbolçu DÇ-2018-də iştirak edəcək Fransa yığmasının heyətində yer almaq üçün daha çox oynayacağı kluba keçməyi planlaşdırır. “Fənərbaxça” rəhbərliyi də məhz bundan istifadə etmək arzusundadı.
İstanbul təmsilçisi Jiru ilə danışıqlara start verib.
Qeyd edək ki, Olivye Jiru 2012-ci ildən “Arsenal”ın formasını geyinir.
0
0