Futzal üzrə Azərbaycan millisinin baş məşqçisi Joze Alesio da Silva tutduğu vəzifəsindən azad olunub. Apasport.az saytının Ukrayna mətbuatına istinadən məlumatına görə, buna səbəb komandamızın son qitə birinciliyində uğursuz çıxışıdı.
Ancaq “Araz”ın idman-direktoru Marat Salyanski onun ölkəmizdən ayrılmadığını və işinə davam etdiyini bildirib: “Alesioya Qazaxıstandan təklif vardı. Ancaq o, qazaxların təklifinə “yox” cavabı verdi. Braziliyalı mütəxəssis işini yığmada və “Araz”da davam etdirir”.
Qeyd edək ki, bu ilin fevralında Belçikanın Antverpen şəhərində keçirilən qitə birinciliyində millimiz Sloveniyaya qalib gəlsə də, İtaliyaya uduzmaqla növbəti mərhələyə vəsiqə qazana bilməmişdi.