Joze Mourinyo “Fulhem”lə müqavilə bağladı
11.05.2014 - 18:50
Joze Mourinyo “Fulhem”lə müqavilə bağladı

 

“Çelsi”nin baş məşqçisi Joze Mourinyonun oğlu kiçik Joze Mourinyo “Fulhem”lə “tələbə müqaviləsi” bağlayıb. Apasport.az saytının məlumatına görə, bu addım FİFA-nın yerli olmayan yeniyetmə futbolçu ilə müqavilə bağlamağa icazə verməsindən sonra atılıb.

 

Kiçik Joze Mourinyo Londona futbol səbəblərindən deyil, atasının iş yerinin İngiltərədə olması səbəbindən köçüb. Bu halda onun klubla müqaviləsinin imzalanması qadağan olunmur. “Çelsi”nin baş məşqçisinin oğlu 14 yaşına qədər uşaqların oynadığı komandada çıxış edəcək.