Yanvarın 4-də bir araya gələn “Zirə” hazırlığını davam etdirir. Apasport.az saytının məlumatına görə, məşqlərə yerlilərlə başlayan paytaxt klubunun düşərgəsinə bu gün legionerlər də qoşulublar.
Baş məşqçi Ayxan Abbasovun 5 gün artıq istirahət verdiyi əcnəbilər - Yovan Krneta, Sadio Tounkara, Viktor İqbekoyi, Milan Duriç və Riçard Qadze dünən axşam saatlarında Bakıya qayıdıblar. Onlar komandanın bugünkü hazırlıq prosesində iştirak ediblər.
Yanvarın 21-də Antalyaya gedəcək “Zirə”də yalnız Jozef Bum məşqlərə qatılmayıb. Zədəli olan kamerunlu müdafiəçi hazırda ölkəsində müalicə alır. Bum yanvarın 13-də məşqlərə başlayacaq.