Türkiyə Futbol Federasiyasının Nizam-İntizam Komitəsi (NİK) “Başakşəhər” futbolçularını cəzalandırıb. Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, NİK 3 oyunçuya cəza tətbiq edib.
Belə ki, “Çaykur Rizəspor”la qarşılaşmadan sonra ASpor müxbirinə hücum çəkərək onu döyən Yalçın Ayhan və Ufuk Ceylan 5, yığmanın da qapısını qoruyan Volkan Babacan 1 oyunluq diskvalifikasiyaya məruz qalıb. Hadisənin günahkarlarından olan kapitan Əmrə Belözoğlu isə 50 min lirəlik cərimə ilə canını qurtarıb.
Qeyd edək ki, Superliqanın XXVIII turu çərçivəsində baş tutan “Çaykur Rizəspor” – “Başakşəhər” oyunu 3:3 hesabı ilə başa çatıb.