“Yazmışdılar ki, komandamızın axırıncı oyunundan sonra hakimlərə 200 manat verib demişəm ki, gedin, yeyib-için. Həmin xəbəri oxuyanda, dəhşətə gəldim. Belə şey olmayıb, ola da bilməz”. Bu sözləri apasport.az saytına açıqlamasında birinci divizionda mübarizə aparan “Neftçala” klubunun baş məşqçisi Kamal Quliyev deyib.
Haqqında yayılan informasiyanı absurd sayan Quliyev sözlərinə belə əlavə edib: “Biri var nəsə ola, deyəm ki, elə deyil, belədi. Biri də var ki, ümumiyyətlə, elə şey olmaya. Bilmirəm, bunu kim özündən atıb ortaya? Məni ləkələmək bəlkə də, kimlərinsə sifarişidi. Heç vaxt belə hərəkətə yol vermərəm. Hakimlərdən həmişə narazı olan bir insan necə bu addımı ata bilər? Yenə deyirəm, belə bir şey olmayıb, ola da bilməz. İnanın, çox təəssüflənirəm. Axı mənim haqqımda necə bu cür yanlış informasiya yayılar? Əsəblərimi oynatdılar”.
- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı