“Biz bu oyunu səbirsizliklə gözləyirdik. Danışanda Premyer Liqadan dəm vururuq, Premyer Liqada oynamaq istəyirik. Düşünürəm ki, ustalıq səviyyəsinə görə rəqib bizi üstələdi və son dəqiqədə qol vurdular”. Apasport.az PFL-in saytına istinadən xəbər verir ki, bu sözləri “Neftçala” klubunun baş məşqçisi Kamal Quliyev deyib.
Azərbaycan Kubokunun 1/8 final mərhələsində “Sumqayıt”la qarşılaşan “Neftçala” 0:1 hesabı ilə uduzub. Nəticədə növbəti mərhələyə adlayan komanda “gənclik şəhəri” təmsilçisi olub.
Matçla bağlı fikirlərini bölüşən Quliyev diqqətlərinə I Diviziona yönəltdiklərini bildirib: “Komandamı təbrik edirəm, əzmkar oyun sərgilədilər. Mən futbolçularla söhbətdə demişdim ki, “Sumqayıt”la oyun bizim üçün sınaqdı. Bizim əsas məqsədimiz I Divizionun qalibi olmaqdı. Kubok yarışında isə gücümüz çatan qədər mübarizə apardıq. Bundan artığını edə bilməzdik”.
“Sumqayıt”ın məşqçisi Vəfadar Quliyev isə qələbəni şərh edib: “Meydançanın vəziyyəti yaxşı deyildi. Ağır bir oyun oldu. Mən futbolçulara komandanın baş məşqçisi Samir Abasovun adından, eləcə də öz adımdan təşəkkür edirəm, rəqibə isə uğurlar arzu edirəm".
- Türkiyə futbolunda qalmaqal böyüyür – TFF-dən MHK açıqlaması
- "Sabah" "Qarabağ"ı "Dalğa Arena"da qəbul edəcək
- Braziliyadan Avstraliyaya 4 qol – Ançelottinin komandasından geridönüş
- Avropa nəhəngləri “Porto”nun müdafiəçisi uğrunda mübarizəyə qoşuldu – 65 milyon avro
- Türkiyə futbolunda şok dalğası – MHK sədri Ferhat Gündoğdu saxlanıldı