[b]Kamran Ağayev 2 aldı[/b]
12.02.2015 - 11:02
[b]Kamran Ağayev 2 aldı[/b]

Azərbaycan yığmasının qapıçısı Kamran Ağayev yeni klubu “Kayserispor”un heyətində dünən debüt edib. Apasport.az saytının məlumatına görə, Türkiyə Kubokunun 1/8 final mərhələsi çərçivəsində “Beşiktaş”la matça əsas heyətdə çıxan 29 yaşlı qolkiper qapısının toxunulmazlığını qoruya bilib – 1:0.

 

Kamranın PTT I Liqa klubundakı debüt oyunu Türkiyə mətbuatı tərəfindən qiymətləndirilib. Həmkarlarımız onun “Beşiktaş”a qarşı çıxışını 2 ulduzla qiymətləndiriblər. “Kayserispor”un ilk “11-liy”ində yer alan bütün futbolçuları bu qiymətə layiq görən türkiyəlilər Kamranı fərqləndirməyiblər.

 

Məğlubiyyətlə üzləşən və kubokda mübarizəni dayandıran “Beşiktaş”ın əksər üzvləri isə 1 ulduzla qiymətləndirilib.

 

Qeyd edək ki, Türkiyə mətbuatı hər iki komandanın futbolçularından heç birinin çıxışını 3 ulduza layiq görməyib.