[b]Kamran Ağayev “18-liy”ə salınmadı[/b]
11.02.2015 - 13:48
[b]Kamran Ağayev “18-liy”ə salınmadı[/b]

Millimizin qapıçısı Kamran Ağayevin yeni komandası “Kayserispor” bu gün Türkiyə Kubokunda “Beşiktaş”la qarşılaşacaq. Apasport.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, həmyerlimiz bu dəfə də debüt etmək imkanından məhrum olacaq.

 

Türkiyəli həmkarlarımız ölkə kubokunun 1/8 final mərhələsi çərçivəsində baş tutacaq “Kayserispor” – “Beşiktaş” qarşılaşmasının təxmini “11-lik”lərini açıqlayıb.

 

“Kayserispor”da yenə çərçivə əsas qapıçı Sərdar Kulbilgeyə həvalə ediləcək. PTT I liqa təmsilçisində yalnız Enrike Sereno və Cəmil Adıcanın zədə üzündən “18-lik”dən kənarda qalacağı dəqiqdi. O ki qaldı Kamran Ağayevə, onun hətta ehtiyatda oturması da gözlənilmir.

 

Qeyd edək ki, “Kayserispor” – “Beşiktaş” oyunu Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.