Bu gün Türkiyə Kubokunda 1/8 final mərhələsinin oyunları keçirilir. Apasport.az saytının məlumatına görə, millimizin qapıçısı Kamran Ağayevin şərəfini qoruduğu "Kayserispor" növbəti matçına çıxıb.
PTT I Liqası təmsilçisi doğma azarkeşləri önündə "Beşiktaş"la üz-üzə gəlib. Matçın 39-cu dəqiqəsində Anıl Tasdemirin vurduğu yeganə qol Kmaranın komandasına qələbə qazandırıb.
Beləliklə, İstanbul klubunu 1:0 hesabı ilə məğlub edən "Kayserispor" 1/4 finala yüksəlib.
Qolkiperimiz bu görüşdə yeni komandasında debüt edib. Ağayev meydana start heyətdə daxil olub və 90 dəqiqə mübarizə aparıb. O, son dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb.
Qeyd edək ki, Kamran Ağayev "Kayserispor"a “Qəbələ”dən keçib.