Türkiyə kubokunda qrup mərhələsinin püşkü atılıb. Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, 32 komanda 8 qrupda yarışacaq.
İki dövrədən ibarət olacaq qrup matçlarından sonra ilk iki yerlərin sahibləri 1/8 final mərhələsinə vəsiqə qazanacaqlar.
Azərbaycan yığmasının qapıçısı Kamran Ağayevin formasını geyindiyi “Karşıyaka” E qrupunda mübarizə aparacaq. “Karşıyaka”nın rəqibləri arasında son Türkiyə çempionu “Qalatasaray” da var.
Bütün 8 qrupun tərkibi belədi:
A qrupu: “Başakşəhər”, “Şanlıurfaspor”, “Bandırmaspor”, “Amed SF”
B qrupu: “Böyükçəkməcə”, “Bursaspor”, “Əskişəhərspor”, “Boluspor”
C qrupu: “1461 Trabzon”, “Sivas Bələdiyyəspor”, “Beşiktaş”, “Karabükspor”
D qrupu: “Çaykur Rizəspor”, “Bucaspor”, “Aydınspor”, “Mersin İdmanyurdu”
E qrupu: “Qalatasaray”, “Akhisar”, “Karşıyaka”, “Kastamonuspor”
F qrupu: “Nazilli Bələdiyyəspor”, “Trabzonspor”, “Qaziantepspor”, “Adanaspor”
G qrupu: “İnegölspor”, “Etimesqut”, “Konyaspor”, “Kayserispor”
H qrupu: “Antalyaspor”, “Giresunspor”, “Tuzlaspor”, “Fənərbaxça”
Qeyd edək ki, qruplarda ilk turun oyunları dekabrın 15-17-si aralığında keçiriləcək.
- Türkiyə futbolunda qalmaqal böyüyür – TFF-dən MHK açıqlaması
- "Sabah" "Qarabağ"ı "Dalğa Arena"da qəbul edəcək
- Braziliyadan Avstraliyaya 4 qol – Ançelottinin komandasından geridönüş
- Avropa nəhəngləri “Porto”nun müdafiəçisi uğrunda mübarizəyə qoşuldu – 65 milyon avro
- Türkiyə futbolunda şok dalğası – MHK sədri Ferhat Gündoğdu saxlanıldı