[b]Kamran Ağayev və komandası 4:2 ilə 1/4-də[/b]
25.10.2017 - 18:46
[b]Kamran Ağayev və komandası 4:2 ilə 1/4-də[/b]

Çexiya kubokunda 1/8 final mərhələsinin oyunları davam edir. Apasport.az saytının məlumatına görə, milli komandamızın qapıçısı Kamran Ağayevin şərəfini qoruduğu “Mlada Boleslav” da bu mərhələdə oyuna çıxıb.

 

Sözügedən komanda səfərdə “Domajliçe” ilə qarşılaşıb. Görüş qonaqların 4:2 hesablı qələbəsi ilə yekunlaşıb.

 

Matçda start heyətində başlayan Ağayev 90 dəqiqə meydanda olub.

 

Qeyd edək ki, bir oyundan ibarət mərhələnin qalibi olan “Mlada Boleslav” 1/4 finala yüksəlib.