[b]Kamran Ağayev Palermoya niyə gedib?[/b]
09.10.2014 - 15:55
[b]Kamran Ağayev Palermoya niyə gedib?[/b]

Azərbaycan milli komandasının futbolçusu Kamran Ağayev AVRO-2016-nın seçmə mərhələsinin İtaliya ilə səfər oyununa yubiley dalınca yollanıb. Apasport.az saytının məlumatına görə, sabah Palermoda baş tutacaq qarşılaşma 28 yaşlı qapıçının millimizdə 50-ci oyunu olacaq.

 

İndiyədək keçirdiyi 49 qarşılaşmada 72 top buraxan əlcək sahibi millidə 100-ü yarılayan ilk qapıçı kimi tarixə düşəcək. Ağayev yığmamızda 50 və daha çox matç keçirən 12-ci oyunçu olacaq. İndiyədək 11 oyunçu bunu bacarıb.

 

2008-ci il sentyabrın 6-da Uelslə keçirilən DÇ-2010-nun seçmə oyununda ilk dəfə milli forması geyən Ağayev bütün matçlarını Berti Foqtsun rəhbərliyi altında keçirib. Məhz almaniyalının yığmaya gətirdiyi qolkiper “Xəzər Lənkəran”ın üzvü kimi 37 matç keçirib. 8 dəfə “Bakı”nın, 4 dəfə isə “Qəbələ”nin üzvü kimi meydana çıxan qapıçı 50-yə də sonuncuların oyunçusu kimi çatacaq.

0