[b]Kamran Ağayev Qriqorçuka lazım deyil[/b]
26.12.2014 - 18:58
[b]Kamran Ağayev Qriqorçuka lazım deyil[/b]

“Qəbələ”nin yeni baş məşqçisi Roman Qriqorçuk sabiq klubu “Çernomorets”in kapitanı Dmitri Bezotosnını nəyin bahasına olursa-olsun özü ilə gətirməkdə israrlıdı. Apasport.az xəbər verir ki, 31 yaşlı qolkiperin Ukrayna klubu ilə müqaviləsi başa çatdığından, onun ölkəmizə gəlməsində heç bir maneə yoxdu.

 

Məsələ burasındadı ki, Qriqorçuk həmyerlisini “Qəbələ”nin bir nömrəli qapıçısı qismində görür. Yəni Bezotosnının gəlməsi hazırda əsas qapıçı olan Kamran Ağayevin “qələminin qırılması” deməkdi.

 

Ukraynalı çalışdırıcı da son vaxtlar daha çox intizamsız davranışları ilə diqqət çəkən Ağayevin xidmətində maraqlı deyil. Milli komandamızın qolkiperinin “Qəbələ”dəki gələcək taleyi Bezotosnı transferinin baş tutub-tutmayacağından asılıdı.

 

Qeyd edək ki, bu ilin əvvəlində “Qəbələ”yə keçən Kamran Ağayevin klubla müqaviləsi mövsümün sonuna qədərdi.