[b]Kamran Ağayevin klubundan böyük jest - FOTO[/b]
18.10.2015 - 13:21
[b]Kamran Ağayevin klubundan böyük jest - FOTO[/b]

Milli komandamızın qapıçısı Kamran Ağayevin şərəfini qoruduğu “Karşıyaka” klubu Azərbaycan xalqını təbrik edib. Apasport.az saytının məlumatına görə, klubun rəsmi “facebook” hesabından bir foto paylaşan izmirlilər təbrik mətni yayımlayıblar:

 

“Bu gün qardaş Azərbaycanın Müstəqillik günüdür. Qapıçımız Kamran Ağayevi və bütün azərbaycanlı qardaşlarımızı təbrik edirik. Ölkələri və millətləri daim yaşasın”.

 

“Karşıyaka” İdman Klubu İdarə Heyəti

0