[b]Kamran Ağayevin komandası transfer edə bilməz[/b]
05.12.2015 - 11:30
[b]Kamran Ağayevin komandası transfer edə bilməz[/b]

Azərbaycan yığmasının qapıçısı Kamran Ağayevin formasını geyindiyi “Karşıyaka” qış fasiləsində heyətini gücləndirə bilməz. Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, buna səbəb kluba transfer qadağası qoyulmasıdı.

 

Məsələ burasındadı ki, Kamran da daxil olmaqla, hazırda heyətdə yer alan 5 əcnəbi futbolçunun 3 aydı maaşını verməyən “Karşıyaka”nın əvvəldən də borcları var. Belə ki, ötən mövsüm qısa müddət baş məşqçilik etmiş Ayhan Akmana 95 min, 2010/11 mövsümündə isə 4 oyunda forma geyinmiş Murat Ocaka 120 min lirə borc hələ də ödənilməyib. Həmçinin sabiq futbolçu Özgür Can Özcanın da PTT I liqa təmsilçisindən 230 min lirə alacağı var.

 

Məhz bu borc üzündən dekabrın 22-də keçiriləcək prezident seçkilərinə heç kim namizədliyini irəli sürmür. Əgər klub mövsümün sonuna qədər borclarını ödəyə bilməsə, transfer qadağası yay fasiləsinə də şamil ediləcək.