Topaz Premyer Liqasının XVIII turunun “Qəbələ” – “İnter” matçında baş verənlər yenidən müzakirə olunub. Apasport.az saytının məlumatına görə, əsas müzakirə mövzusu meydan sahiblərinin və millimizin qapıçısı Kamran Ağayevin hərəkəti olub.
Oyunun 79-cu dəqiqəsində rəqibə bilərəkdən zərbə endirən qolkiperin hərəkəti hakimin gözündən yayınsa da, AFFA bu məsələyə baxmağı lazım bilib. Matçın videoyazısını izlədikdən sonra İntizam Komitəsi Ağayevi 3 oyun cəzalandırıb. “Qəbələ” isə qapıçısına görə 3000 manat cərimə olunub.
Hakimlər Komitəsinə ədalət təmsilçiləri ilə bağlı lazımi tədbirlər görüb İntizam Komitəsinə məlumatlandırmaq tapşırığı verilib.
Bundan başqa, meydan sahibləri 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün 1000, qonaqlar isə Elvin Məmmədovun qırmızı vərəqəsi üçün 200 manat cərimə edilib. Yarımmüdafiəçinin özü 1 oyunluq cəza da alıb.
“Bakı” – AZAL matçında meydan sahiblərinin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.
“Qarabağ”la oyunda 4 futbolçusuna xəbərdarlıq edilən “Xəzər Lənkəran”ın da cəzası eynidi. Cənublular azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığına görə daha 2000 manat ödəməli olacaq.
“Sumqayıt” – “Qəbələ” görüşündə meydan sahibləri 5 futbolçusu sarı vərəqə alması üçün 1000, 89-cu dəqiqədə azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığına görə isə 2000 manat ziyana düşüb.
“İnter” – “Neftçi” matçında 6 sarı vərəqə alan qonaqlar da 1000 manat ödəyəcək.
- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı