[b]Kamran Quliyev: Son 6 ayda maliyyə problemimiz olub [/b]
04.04.2014 - 16:45
[b]Kamran Quliyev: Son 6 ayda maliyyə problemimiz olub [/b]

“Ötən illərdə bizdə maliyyə baxımından sabitlik olub. Son 6 ayda isə maliyyə sıxıntısı var idi”. Bunu apasport.az saytına müsahibəsində “Sumqayıt”ın prezidenti Kamran Quliyev deyib.

 

Autsayder olan “Sumqayıt”ın futbolçularının son 3 ay ərzində maaş almadığı bildirilir. Həmçinin, “gənclik şəhəri” təmsilçisi ötən tur AZAL üzərində qələbənin (2:1) pul mükafatını hələ verməyib.

 

Bu məsələ ilə bağlı Kamran Quliyevin fikirlərini öyrəndik: “Bizim layihələrimiz olduğundan, hər şeyi birdən-birə vaxtında etmək çox çətindir. Amma yenə də əlimizdən gələni etmişik. Eyni zamanda deməliyəm ki, bu il bizim maddi problemimiz olmayıb. AZAL ilə oyunumuz 1 həftə bundan əvvəl baş tutub. Mütləq deyil ki, komanda matçdan dərhal sonra mükafatını alsın. Onu qeyd edim ki, “Neftçi” və “Bakı” ilə görüşlərdə əldə etdiyimiz uğurlu nəticələrə görə mükafatları təqdim etmişik. Özü də bu məbləğ müqavilədə göstərilən mükafatlardan qat-qat yüksək olub”.

 

Quliyev komandanın sponsoru haqqında bunları deyib: “Sponsorumuz müqavilədə nəzərdə tutulduğu kimi bütün maliyyə şərtlərinə riayət edir. Sadəcə, bizə ayrılan maliyyə vəsaiti digər Premyer Liqa klublarınkı ilə müqayisə oluna bilməz. Ancaq pulların verilməsi baxımından sabitlikdir”.