[b]Kanalesin “Neftçi”yə keçidi rəsmiləşdi[/b]
14.08.2014 - 15:25
[b]Kanalesin “Neftçi”yə keçidi rəsmiləşdi[/b]

Bakının “Neftçi” klubu daha bir futbolçu ilə münasibətlərini rəsmiləşdirib. Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisi çilili hücumçu Nikolas Kanaleslə müqavilə bağlayıb.

 

Bir neçə gün əvvəl Bakıya gələn cənubi amerikalı ilə 1+1 il müddətinə anlaşıb. 2012/13 mövsümündə Premyer Liqanın bombardiri olan Kanales paytaxt təmsilçisində yenə 11 nömrəli formanı geyəcək.