[b]Kantenin durumuna aydınlıq gəldi[/b]
30.10.2017 - 18:15
“Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsindəki rəqiblərindən olan “Çelsi”nin yarımmüdafiəçisi Nqolo Kantenin zədəsi sağalıb. Apasport.az saytının Britaniya mətbuatına istinadən məlumatına görə, bunu “zadəganlar”ın baş məşqçisi Antonio Konte deyib.
İtaliyalı mütəxəssis uzun müddətdi zədədən əziyyət çəkən fransalı futbolçunun artıq kollektivlə birlikdə məşqlərdə iştirak etdiyini söyləyib. Konte oyunçusunun hazır olacağı təqdirdə Çempionlar Liqasının IV turunda “Roma” ilə qarşılaşmada meydana çıxacağını deyib.
Qeyd edək ki, “Roma” – “Çelsi” matçı sabah keçiriləcək.
- Nasser çağırdı, 138 üzv səs verdi: Dursun Özbek idarə heyətinə seçildi
- Sanço qərarını verdi – Yeni klub üçün qışa qədər gözləyəcək
- 15 klub razılaşsa, “Mançester Siti” Premyer Liqadan gedəcək
- Sanki Ronaldonun gedişini gözləyirdilər – “7 nömrə” Leaoya verildi
- Ronaldo özünü “xəyanətə uğramış” hiss edir – Jezuş yalan danışıb
0
0