[b]Karlo Ançelotti “Bavariya” ilə anlaşdı![/b]
13.10.2015 - 13:44
[b]Karlo Ançelotti “Bavariya” ilə anlaşdı![/b]

“Bavariya”nı gələn mövsüm çalışdıracaq mütəxəssisin adına aydınlıq gəlib. Apasport.az-ın İtaliyanın “Sport Mediaset” saytına istinadən məlumatına görə, Münhen klubunda Xosep Qvardiolanı Karlo Ançelotti əvəz edəcək.

 

Klubu ilə yeni müqavilə imzalamağa müsbət yanaşmayan Qvardiolanın gələn mövsümdən “Mançester Siti”nin “sükanı arxası”na keçəcəyi bildirilir. Bunu nəzərə alan almanlar yeni baş məşqçi məsələsini indidən həll etmək fikrinə düşüblər.

 

“Milan”, “Çelsi” və “Real”ın sabiq çalışdırıcısı Ançelotti ilə danışıqlar isə müsbət nəticələnib. Mənbənin iddiasına görə, tərəflər artıq iki illik müqaviləni razılaşdırıblar və mövsümün sonunda bu təyinat rəsmiləşəcək.

 

Qeyd edək ki, Xosep Qvardiolanın “Bavariya” ilə müqavilə müddəti cari mövsümün sonuna qədərdi.