Millimizlə noyabrın 17-də keçirilən yoxlama oyunu Moldova yığmasının baş məşqçisi Ştefan Stoykanın bu postda son matçı olub. Apasport.az saytının məlumatına görə, yerli futbol federasiyası yığmanın 2015-ci ildəki çıxışını qeyri-qənaətbəxş sayaraq, baş məşqçi dəyişikliyini zəruri hesab edib.
Qurumun İcraiyyə Komitəsinin yığıncağında Stoykanın vəzifəsində saxlanılmamağı qərara alınıb. Bu vəzifənin yeni sahibinin adına isə komitənin dekabrın 23-də keçiriləcək iclasında aydınlıq gəlməlidi.
Hazırda Moldova millisinin baş məşqçisi postuna 3 namizəd olduğu bildirilir. Onlardan biri, Stoykanın köməkçisi İon Testimitsianudu. Futbolçu karyerasını 2009/10 mövsümündə Bakı “İnter”ində tamamlayan sabiq müdafiəçi 5 ildi köməkçi kimi çalışdığı yığmanın “sükanı arxasına” keçməyə hazırdı. Onunla yanaşı, İqor Dobrovolski və Lilian Popesku da millidə çalışa bilər.
Qeyd edək ki, noyabrın 17-də baş tutan Azərbaycan – Moldova oyununda yığmamız 2:1 hesabı ilə qalib gəlib.
- Türkiyə futbolunda qalmaqal böyüyür – TFF-dən MHK açıqlaması
- "Sabah" "Qarabağ"ı "Dalğa Arena"da qəbul edəcək
- Braziliyadan Avstraliyaya 4 qol – Ançelottinin komandasından geridönüş
- Avropa nəhəngləri “Porto”nun müdafiəçisi uğrunda mübarizəyə qoşuldu – 65 milyon avro
- Türkiyə futbolunda şok dalğası – MHK sədri Ferhat Gündoğdu saxlanıldı