[b]Kasilyas - yeni rekordçu![/b]
21.10.2015 - 09:53
“Porto”nun qapıçısı İker Kasilyas UEFA Çempionlar Liqasının rekordçusu olub. Apasport.az saytı xəbər verir ki, “Makkabi” (Təl-Əviv) ilə qarşılaşmada qapısının toxunulmazlığını saxlayan 34 yaşlı qolkiper bu turnirdə qol buraxmadığı oyunların sayını 51-ə çatdırıb.
Bununla da, ispaniyalı çərçivə qoruyucusu bütün rəqiblərini qabaqlayaraq, vahid rekordçu olub.
Bu göstəridə ikincilik “Ayaks”, “Yuventus” və “Mançester Yunayted”in sabiq qapıçısı Edvin van der Sara məxsusdu – 50 oyun.
Qeyd edək ki, Madrid “Real”ının yetirməsi olan Kasilyas bu ilin yayından “Porto”nun formasını geyinir.
0
0