İspaniyalı qapıçı İker Kasilyas karyerasını İngiltərədə davam etdirə bilər. Apasport.az saytı Britaniya mətbuatına istinadən xəbər verir ki, “Porto”nun formasını geyinən 36 yaşlı qolkiper “Liverpul”un maraq dairəsinə düşüb.
“Mersisaydlılar”ın baş məşqçisi Yurgen Klopp rəhbərliklə söhbətində yeni qolkiper alınmasını tələb edib. O, qapı xəttindəki problemin Kasilyas vasitəsilə aradan qaldırılacağını bildirib.
“Porto” da təcrübəli çərçivə qoruyucusu ilə vidalaşmağa qarşı deyil. “Əjdahalar” klubda ən çox maaş alan futbolçunu satmaqla, maddi cəhətdən irəli düşmək istəyirlər.
Qeyd edək ki, “Real”ın yetirməsi olan İker Kasilyas 2015-ci ildən “Porto”nun formasını geyinir.
- A Seriyasında ayın ən yaxşı oyunçusu bəlli olub
- Nasser çağırdı, 138 üzv səs verdi: Dursun Özbek idarə heyətinə seçildi
- Sanço qərarını verdi – Yeni klub üçün qışa qədər gözləyəcək
- 15 klub razılaşsa, “Mançester Siti” Premyer Liqadan gedəcək
- Sanki Ronaldonun gedişini gözləyirdilər – “7 nömrə” Leaoya verildi