[b]Kavani zirvədə, Dabo kənarda[/b]
27.11.2017 - 15:06
[b]Kavani zirvədə, Dabo kənarda[/b]

UEFA-ya üzv olan ölkələrin milli çempionatlarının ən yaxşı bombardirlərinin siyahısı açıqlanıb. Apasport.az saytının məlumatına görə, cari mövsümün ən məhsuldar oyunçusu Edinson Kavanidi.

 

16 qol vuran PSJ-nin hücumçusu “Qızıl buts” uğrunda mübarizədə 32 xalla liderdi. A seriyasında 15 dəfə fərqlənən İmmobile (“Latsio”) və İkardinin (“İnter”) hərəyə 30 xalı var.

 

Liderləri 27 xala malik 4 futbolçu izləyir. Sappinen (“Flora”), Prosa (“İnfonet”) 27, Anqulo (“Qurnik”) və Qordeyçuk (BATE) 18 qola sevinib.

 

Qeyd edək ki, Azərbaycan Premyer Liqasının ən yaxşısı Baqali Dabonun 8 qolu var. “Qəbələ”nin hücumçusunun xal hesabı da 8-ə bərabərdi. O, “Top-30”dan kənarda qalıb.