[b]Kaxaber Sxadadze: 0:0 hesabı yaxşı nəticədi[/b]
16.08.2014 - 19:15
“Havanın isti olmasına baxmayaraq, maraqlı oyun oldu”. Apasport.az saytının xəbərinə görə, bunu “İnter” klubunun baş məşqçisi Kaxaber Sxadadze Topaz Premyer Liqasının II turunda “Qarabağ”la səfər matçından sonra deyib.
Gürcüstanlı çalışdırıcı bildirib ki, 0:0 hesabı komandası üçün yaxşı nəticədi: “Qol epizodları, mübarizə oldu. Sürətli oyunun olmasına isti hava imkan vermədi. Bizim üçün yaxşı nəticədi. “Qarabağ”a Avroliqada uğurlar arzu edirəm. Ümid edirəm ki, qrup mərhələsinə düşərlər. İki oyunda 4 xal toplamışıq, bu, yaxşı nəticədi. Qarşıdakı oyunlara baxmalıyıq”.
0
0