[b]Kaxaber Sxadadze “İnter”ə həmyerlisini məsləhət görür[/b]
26.12.2014 - 11:19
[b]Kaxaber Sxadadze “İnter”ə həmyerlisini məsləhət görür[/b]

“İnter”in çalışdırıcısı Kaxaber Sxadadzenin Gürcüstan yığmasına baş məşqçi təyin edilməsi “bankirlər”i təşvişə salıb. Apasport.az saytının məlumatına görə, çox güman ki, mövsümün sonunda “İnter”lə yollarını ayıracaq Sxadadze artıq öz əvəzləyicisini də tapıb.

 

Gürcüstanlı mütəxəssis “İnter” rəhbərliyinə bu post üçün Georgi Çixradzeni məsləhət görür. Hazırda “Simurq”un “sükanı arxasında” olan Çixradzenin həmyerlisini əvəzləməsi elə “İnter” rəhbərliyinin də ürəyincədi.

 

Çünki Çixradze bir müddət “İnter”də Sxadadzenin köməkçisi kimi çalışdığından, bu klubdakı ab-havanı çox yaxşı bilir və bura uyğunlaşmaq üçün zamana ehtiyacı olmayacaq. Onun yayda “Simurq”u “İnter”ə dəyişməsi də problem deyil. Çünki bu iki klub arasındakı münasibət onsuz da hamıya bəllidi.

 

Qeyd edək ki, Georgi Çixradzenin rəhbərlik etdiyi “Simurq” hazırda Premyer Liqada 4-cü pillədə qərarlaşıb.