[b]Kaxaber Sxadadze: Bunun üçün xoşbəxtəm[/b]
18.01.2015 - 01:02
[b]Kaxaber Sxadadze: Bunun üçün xoşbəxtəm[/b]

“Bu qələbə üçün eyforiyayaya qapılmaq lazım deyil. Amma güclü komandaya qalib gəlmək həmişə xoşdu”. Apasport.az saytının məlumatına görə, bu sözləri “İnter”in baş məşqçisi Kaxaber Sxadadze deyib.

 

Gürcüstanlı mütəxəssis Türkiyənin Antalya şəhərindəki təlim-məşq toplanışı çərçivəsində “Kasımpaşa” ilə baş tutan yoxlama oyunu haqda fikirlərini azərbaycanlı jurnalistlərə açıqlayıb: “Toplanış zamanı çox çalışırıq. Hər şey plan üzrə gedir. Yalnız xırda zədələr bizi narahat edir. Baçana Sxadadze, Asif Məmmədov, Coşqun Diniyevin durumu belədi. Oyuna gəlincə, qalib gəlmək xoşdu. Futbolçularda həmişə qalib gəlmək məqsədi olmalıdı. İstər yoxlama matçı, istər məşq olsun. Belə qələbə gözləmirdim. Amma oyun çox xoş oldu”.

 

Szadadze həmyerlisi Arveladzenin müsahibəsində “İnter” rəhbərliyinin çalışdırıcısına Gürcüstan yığmasına baş məşqçi kimi işləməsi haqda fikirlərinə də münasibət bildirib: “Mənim bəxtim gətirib ki, çalışdığım klubun sponsoru olan bankın rəhbəri Cahangir Hacıyevdi. Bunu üçün xoşbəxtəm. O, böyük insandı. Mənim maraqlarımı düşündüyündən öz maraqlarını da arxa plana çəkdi. Bunu min, bəlkə də yüz min adamdan biri edərdi”.