[b]Kaxaber Sxadadze: Hər iki hədəfə çatdıq[/b]
03.12.2014 - 20:41
[b]Kaxaber Sxadadze: Hər iki hədəfə çatdıq[/b]

“İlk növbədə hədəf növbəti mərhələyə yüksəlmək idi”. Apasport.az saytının məlumatına görə, bu sözləri “İnter”in baş məşqçisi Kaxaber Sxadadze deyib.

 

Gürcüstanlı mütəxəssis Azərbaycan kubokunun 1/8 final mərhələsində “Şahdağ”ı 3:0 hesabı ilə məğlub etmələrinə şərh verib: “İkinci planımızda isə praktikası az olan futbolçulara şans vermək vardı. Sevinirəm ki, hər iki hədəfə çatdıq. Oyunu zədəsiz başa vurmaq da yaxşı oldu. Qarşıda bizi çətin oyunçular gözləyir. Həmin qarşılaşmalara hazırlaşmalıyıq.”

 

“Şahdağ”ın baş məşqçisi Telman Cavadov isə çempionatların arasında səviyyə fərqinin olduğunu bildirib: “Rəqibi qələbə münasibəti ilə təbrik edirəm. “İnter” Premyer Liqanın güclü komandasıdı. Biz isə “Şahdağ”ın güclü komanda olması üçün çalışırıq. İnşallah, Premyer Liqada çıxış edəcəyik. Premyer Liqa klubu ilə I divizion təmsilçisi arasında səviyyə fərqi hiss olunur”.(pfl)