“Əsas məsələ odur ki, 3 xal qazandıq. Çox çətin oyundan sonra 3 xala nail olduq”. Apasport.az saytının məlumatına görə, bu sözləri “İnter”in baş məşqçisi Kaxaber Sxadadze deyib.
Gürcüstanlı mütəxəssis bu gün Topaz Premyer Liqasının XX turu çərçivəsində səfərdə “Xəzər Lənkəran” üzərində qazanılan 1:2 hesablı qalibiyyətdən danışıb: “Futbolçularımı təbrik edirəm. Oyunçularım matça yaxşı köklənmişdilər. “Xəzər Lənkəran”ın heyətində çox sayda gənc oyunçu var. Gənclər çox istedadlıdırlar, onların arasında Ağabala Ramazanovu qeyd edə bilərəm. Düşünürəm ki, gələcəkdə Azərbaycan millisinin aparıcı hücumçusu olacaq. Biz isə öz oyunumuzu analiz etməliyik. Dediyim kimi, 3 xal qazandıq. Amma bu qələbəni unudub, qarşıdakı oyunlara hazırlaşmalıyıq”. (pfl)