"İnter"in baş məşqçisi Kaxaber Sxadadze Gürcüstan yığmasının baş məşqçisi təyin edilib. Apasport.az saytının məlumatına görə, 46 yaşlı mütəxəssis bu gün Gürcüstan Futbol Federasiyası ilə rəsmi müqavilə imzalayıb.
Müqavilə sözügedən ölkənin federasiyasının prezidenti Zviad Siçinava ilə Sxadadze arasında baş tutub.
Belə ki, Kaxa 2015-ci ilin yanvarın 1-dən iyunun 1-dək ölkəsinin millisini çalışdıracaq. O, bu müddət ərzində Gürcüstanı Malta ilə yoldaşlıq oyununa və Almaniya ilə AVRO-2016-nın seçmə mərhələ matçına çıхaracaq. Həmçinin, Gürcüstan millisinin sabiq kapitanı həmin dövrdə yığmada heç bir məvacib almadan işləyəcək.
2015-ci il iyunun 1-dən Kaхa ilə iki il müddətinə yeni müqavilə rəsmiləşdiriləcək. Həmin vaхta qədər Sxadadze paralel olaraq "İnter"ə də brəhbərlik edəcək.
Müqavilədən sonra Kaxaber bunları deyib: “Milli komandanın baş məşqçi olmaq, hər kəs üçün bir yuxudu. Lakin bu, ən böyük iş deyil. Mən ölkədə futbolun inkişafına kömək edəcəyim üçün sevinirəm”.
Qeyd edək ki, Gürcüstan millisi AVRO-2016-nın seçmə mərhələsinin D qrupunda yer alır. Qonşularımız hazırda 3 xalla 5-ci pillədə qərarlaşır.
uefa.com
- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı