[b]Kaxaber Sxadadzedən bayram təbriki[/b]
18.10.2014 - 19:30
[b]Kaxaber Sxadadzedən bayram təbriki[/b]

“Öncә Müstәqillik Günü münasibəti ilə sizi təbrik edirəm”. Apasport.az saytının məlumatına görə, bu sözlər “İnter”in baş məşqçisi Kaxaber Sxadadzeyə məxsusdur.

 

Gürcüstanlı mütəxəssis bu gün Topaz Premyer Liqasının VIII turunda evdə “Simurq”la görüşdə qolsuz bərabərliyə (0:0) şərh verib: “Oyuna gəldikdə, onu deyim ki, böyük әrazi üstünlüyümüz var idi. Amma cinahlardan düzgün hücüm qura bilmirdik. "Simurq" müdafiә futbolu oynamağı bacaran bir kollektivdir. Oyunda az qol epizodu yaratdıq, amma qәlәbә qazanmaq üçün şanslarımız var idi. Çox tәәssüf ki, alınmadı. Biz evdә 2 xal itirdik. Bu oyunu unudub, "Neftçi" ilə matça hazırlaşmalıyıq”.(pfl)

0