[b]Klub sahibi narkotik alverçisi çıxdı[/b]
25.03.2018 - 00:42
[b]Klub sahibi narkotik alverçisi çıxdı[/b]

Yunanıstan futbolunda qalmaqallar bitmək bilmir. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, PAOK-dan sonra "Olimpiakos"un da başı dərddədi.

 

Məsələ burasındadı ki, "Olimpiakos"un sahibi Evangelos Marinakis narkotik alverçisi olmaqda günahlandırılır. İngiltərənin "Nottingem Forest" klubunun da sahibi olan Marinakisin 3 nəfərlə birlikdə bu işdə əli olduğu vurğulanıb. Narkotik maddə istehsalında və onların satışında təqsirkar bilinən "Olimpiakos"un sahibi istintaqa cəlb olunub. Məhkəmə qərarı açıqlayana qədər onun ölkəni tərk etməsi qadağandı.

 

Qeyd edək ki, bir müddət əvvəl PAOK-un prezidenti İvan Savvidis meydana silahla daxil olduğu üçün komandanın xalları silinmişdi.