Almaniya Bundesliqasının XXV turunda “Frayburq”la keçirilən oyun “Bavariya”nın yarımmüdafiəçisi Tomas Müller üçün əlamətdar olub. Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, böyükhesablı qələbədə (4:0) son nöqtəni qoyan ulduz futbolçu Münhen klubunun heyətində 102-ci qolunu vurub.
Bununla Diter Hönessə çatan Müller Bundesliqada ən çox qol vuran 4-cü “Bavariya”lıya çevrilib. İndi onu yalnız Herd Müller (365), Karl-Haynts Rummenigge (162) və Roland Volfqanq (119) qabaqlayır.
Bundan başqa, “Frayburq”la görüşdə komandasının 3-cü topunun müəllifi olan hücumçu Sandro Vaqner “Bavariya”nın Bundesliqa tarixində 1500-cü qoluna imza atıb. Münhenlilər Almaniyada bunu bacaran ilk klub kimi tarixə keçib.
- Tuxeldən sürpriz qərar – 16 yaşlı “Arsenal”lı İngiltərə millisinə qoşula bilər
- “Qalatasaray”a Osimhen müjdəsi – Qayıdacağı tarix bəlli oldu
- “Mançester Yunayted” Premyer Liqadan müdafiəçi seçdi
- “Mançester Yunayted” Premyer Liqada sonuncudur – Şok statistika
- Zidan Fransa millisində ilk məşqini keçirdi – Debüt Türkiyəyə qarşı olacaq