[b]Klublar Komitəsi sabah yenidən bir araya gələcək[/b]
12.02.2015 - 16:07
Sabah Klublar Komitəsinin növbəti iclası keçiriləcək. Apasport.az saytının məlumatına görə, “Hilton” otelinin “Onyx AB” zalında baş tutacaq iclas saat 15:00-da start götürəcək.
Toplantıya AFFA-nın baş katibi Elxan Məmmədov və Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev də qatılacaqlar. İclasda bir sıra məsələlər yenidən müzakirə olunacaq.
Qeyd edək ki, Klublar Komitəsinin sonuncu iclası fevralın 3-də baş tutmuşdu. Ramin Musayevdən fərqli, Elxan Məmmədov həmin iclasa da qatılmışdı.
0
0