[b]Klublar Komitəsi yenidən yığışır [/b]
27.10.2015 - 15:11
[b]Klublar Komitəsi yenidən yığışır  [/b]

Klublar Komitəsinin (KK) növbəti iclasının tarixi bəlli olub. Apasport.az saytının məlumatına görə, KK üzvləri oktyabrın 29-da bir araya gələcəklər.

 

Adətən "Hilton” otelində yığışan klub nümayəndələri bu dəfə "Boulevard Hotel Baku"da bir araya gələcəklər. İclasda Topaz Premyer Liqasının cari mövsümü, legioner limiti, çempionatın yayımı və digər məsələlər müzakirə olunacaq.

 

 

Qeyd edək ki, Klublar Komitəsinin əvvəlki iclası avqust ayında keçirilmişdi.

 

0