“Atletiko” Çempionlar Liqasında böyük təcrübəsi olan, çox güclü komandadı”. Apasport.az saytı xəbər verir ki, bu sözləri “Çelsi”nin baş məşqçisi Antonio Konte deyib.
Çempionlar Liqasında “Qarabağ”la eyni qrupda çıxış edən London təmsilçisi ikinci görüşünü bu gün səfərdə “Atletiko”ya qarşı keçirəcək.
Matçla bağlı fikirlərini bildirən Konte onları çətin oyun gözlədiyini deyib: “Son illərdə “Atletiko” 2 dəfə turnirin finalına çıxıb. Bu, hər komandanın bacaracağı, asan iş deyil. Deməli, “Atletiko” güclüdü və əla məşqçisi var. Onlara qarşı çox diqqətli oynamalıyıq. Ötən mövsüm “Çelsi” Çempionlar Liqasında çıxış etmirdi. Yenidən bu turnirə qayıtdığımız üçün şadıq”.
Konte söhbət əsnasında “Qarabağ”a 6:0 hesabı ilə qalib gəldikləri oyunu xatırlayıb: “Atletiko” ilk turda “Roma”ya qarşı çox yaxşı oynamışdı. Qələbəyə layiq olsalar da, 1 xal qazanmışdılar. Bizim ilk görüşümüz isə “Qarabağ”a qarşı olmuşdu və əla oyun keçirmişdik. “Atletiko” ilə matç hər iki komanda üçün vacib qarşılaşma olacaq. Yenə öz oyunumuzu göstərməliyik. Çempionlar Liqasında da uğur qazanmaq gücündə olduğumuzu hamıya sübut etmək istəyirik”.
Qeyd edək ki, qrupun digər matçında isə “Qarabağ” “Roma”nı qəbul edəcək.
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”