İtaliya yığmasının baş məşqçisi Antonio Konte AVRO-2016-dan sonra postundan ayrılacaq. Apasport.az saytının İtaliya mətbuatına istinadən məlumatına görə, 46 yaşlı mütəxəssis ilk rəsmi təklifini də alıb.
Konte gələn mövsümdən “Çelsi”nin “sükanı arxası”na keçə bilər. İtaliyalı çalışdırıcı London klubunun rəsmiləri ilə bununla bağlı artıq görüş də keçirib. “Zadəganlar”da baş məşqçi postuna namizədlərdən olan Konte ilə görüşün təfərrüatları barədə açıqlama verilməsə də, söhbət zamanı gələcək planların müzakirə edildiyi bildirilib.
Qeyd edək ki, hazırda “Çelsi”ni çalışdıran Qus Hiddink mövsümün sonunda komandadan ayrılacaq.
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”