[b]Konte və Pirlo ən yaxşı seçildilər[/b]
16.12.2014 - 16:43
[b]Konte və Pirlo ən yaxşı seçildilər[/b]

İtaliyada ilin ən yaxşılarının adları açıqlanıb. Apasport.az saytının məlumatına görə, AVRO-2016-nın seçmə mərhələsində Azərbaycan millisinin rəqibi olan “Skuadra Adzurra”nın baş məşqçisi Antonio Konte “İlin məşqçisi” adına layiq görülüb. DÇ-2014-ün final mərhələsindən sonra İtaliya milisindən istefa verən Çezare Prandellini əvəzləyən mütəxəssis 2014-cü ildəki fəaliyyətinin bəhrəsini görüb.

 

İlin ilk yarısında “Yuventus”u çempion edən, ikinci yarısında isə milli ilə uğurlu nəticələr qazanan Konte Azərbaycan yığması üzərində 2:1 hesablı qələbəyə də sevinmişdi.

 

İtaliya millisinin yarımmüdafiəçisi Andera Pirlo da mükafatsız qalmayıb. “Yuventus”un oyun qurucusu “İlin futbolçusu” adına yiyələnib.