[b]Kosta "Atletiko"da məşqlərə başladı[/b]
29.09.2017 - 00:20
"Atletiko" ilə anlaşan Dieqo Kosta madridlilərin heyətində məşqlərə başlayıb. Apasport.az-ın məlumatına görə, bu barədə klubun rəsmi saytı xəbər yayıb.
"Atletiko"nun bazasına yollanan təcrübəli hücumçu bu gün topla çalışmalara start verib. Yanvardan etibarən İspaniya təmsilçisinin formasını geyinəcək Kosta həmin müddətə qədər əvvəlki formasını bərpa etmək niyyətindədi.
Qeyd edək ki, 29 yaşlı hücumçu "Çelsi"nin baş məşqçisi Antonio Konte ilə konflikt yaşadığına görə, "Atletiko"ya qayıtmağı üstün tutub.
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
0
0