[b]Koutinyo PSJ-yə “yox” dedi[/b]
27.10.2017 - 18:44
[b]Koutinyo PSJ-yə “yox” dedi[/b]

“Liverpul”un yarımmüdafiəçisi Filipp Koutinyo PSJ-yə keçməkdən imtina edib. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, braziliyalı futbolçunun fikri “Barselona”dadı.

 

Paris klubunun idman direktoru Anter Enrike 25 yaşlı “sambaçı”nın meneceri ilə görüşərək, ona təklifini çatdırıb. Fransızlar Neymarın yaxın dostu olan Koutinyonu qış fasiləsində heyətə cəlb etmək istəyini bildiriblər. Lakin menecer qarşı tərəfə futbolçunun Fransaya köçmək fikrində olmadığını söyləyib.

 

Çünki Koutinyo qış fasiləsində “Barselona”ya keçmək arzusundadı. “Liverpul” onu 150 milyon avro müqabilində Kataloniya klubuna satmağa razıdı.