[b]Kristiano Ronaldo və dünya çempionatı 4-cü oldu[/b]
26.10.2017 - 22:36
[b]Kristiano Ronaldo və dünya çempionatı 4-cü oldu[/b]

“Forbes” jurnalı dünyanın ən bahalı idman yarışlarının siyahısını açıqlayıb. Apasport.az saytının məlumatına görə, futbol üzrə dünya çempionatı siyahıda 4-cü yerdə qərarlaşıb.

 

Nüfuzlu jurnala görə, mundialın marketinq dəyəri 229 milyon dollardı.

 

Birinci pillədə isə Şimali Amerika Milli Futbol Liqasının (NHL) finalı – Superboul yer alıb. Onun marka dəyəri 663 milyon dollar olaraq göstərilib.

 

İkinci yeri Yay Olimpiya Oyunları (419 milyon), üçüncü pilləni isə Qış Olimpiya Oyunları (285 milyon) tutub.

 

Jurnal ən bahalı idman brendlərinin siyahısını da yayımlayıb. Birinci yerdə isveçrəli tennisçi Roje Federer qərarlaşıb. Onun ticarət markası 37.2 milyon dollar miqdarında dəyərləndirilir. Federeri amerikalı basketbolçu LeBron Ceyms izləyir (33.4 milyon). Üçüncü pillənin sahibi yamaykalı atlet Useyn Boltdur – 27 milyon dollar.

 

Məşhur futbolçu, “Real”ın və Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldu isə bu siyahıda 4-cüola bilib. Onun marka dəyəri 21.5 milyon dollardır.