[b]Kurtua yeni müqavilə imzalayacaq[/b]
04.01.2018 - 18:28
“Çelsi”nin qapıçısı Tibo Kurtua klubu ilə yeni müqavilə imzalayacaq. Apasport.az saytı “The Telegraph”a istinadən xəbər verir ki, bu barədə belçikalı qolkiperin özü məlumat verib.
O, “zadəganlar”la sözləşməsinin müddətini uzatmağa yaxın olduğunu bildirib: “Yeni müqavilənin detallarını müzakirə edirik. Qarşıdakı həftələrdə bunu rəsmiləşdirəcəyik. “Çelsi”də xoşbəxtəm. Burda məni hər şey qane edir”.
Qeyd edək ki, 2011-ci ildən “Çelsi”nin üzvü olan Tibo Kurtua 2011-2014-cü illərdə icarə əsasında “Atletiko”nun formasını geyinib.
0
0