[b]La Liqa klubunda baş məşqçi istefası[/b]
11.01.2016 - 09:27
[b]La Liqa klubunda baş məşqçi istefası[/b]

“Betis”in baş məşqçisi Pepe Mel istefaya göndərilib. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, buna səbəb komandanın uğursuz çıxış etməsidi.

 

İspaniya La Liqasının XIX turunda “Xetafe”yə (0:1) məğlubiyyət 53 yaşlı mütəxəssisin ayrılmasına səbəb olub. Klub rəhbərliyi onunla görüşərək, mütəxəssisi qarşılıqlı razılıqla istefa verməyə razı sala bilib.

 

Qeyd edək ki, 19 turdan sonra “Betis” aktivindəki 20 xalla turnir cədvəlinin 15-ci pilləsində qərarlaşır.