[b]La Liqa klubunda yeni baş məşqçi[/b]
02.06.2018 - 20:38
[b]La Liqa klubunda yeni baş məşqçi[/b]

İspaniyanın “Leqanes” klubunun yeni baş məşqçisi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, bundan sonra La Liqa təmsilçisini Maurisio Pelleqrino çalışdıracaq.

 

Bu barədə klubun rəsmi saytı xəbər yayıb.

 

46 yaşlı argentinalı mütəxəssisin son iş yeri İngiltərənin “Sauthempton” klubu olub.

 

“Leqanes”i isə son mövsümdə Asyer Qaritano çalışdırırdı.

 

Qeyd edək ki, o, mövsüm bitən kimi “Real Sosyedad”a baş məşqçi təyin olunub.