[b]Lempard İngiltərə klubuna baş məşqçi təyin olundu - FOTO[/b]
31.05.2018 - 13:15
Frenk Lempard karyerasını baş məşqçi kimi davam etdirəcək. Apasport.az saytının məlumatına görə, o, “Derbi Kaunti”ni çalışdıracaq. Lempard klubla 3 illik müqaviləyə imza atıb.
“Derbi Kaunti” 2017-18 mövsümündə Çempionşipi 6-cı sırada bitirmiş və Premyer Liqaya yüksəlmək uğrunda oynanılan pley-off matçlarının ümumi nəticəsinə görə “Fulhem”ə 1:2 (1:0, 0:2) uduzmuşdu.
Qeyd edək ki, Frenk Lempard 2017-ci ilin fevralında professional futbolçu karyerasını bitirmişdi.
0
0