[b]Lənkəran stadionu “Zirə” ilə oyuna hazırdı?[/b]
23.09.2015 - 11:48
[b]Lənkəran stadionu “Zirə” ilə oyuna hazırdı?[/b]

Lənkəran şəhər stadionu Premyer Liqa oyunlarını qəbul etməyə artıq hazırdı. Bu barədə apasport.az saytına məlumatı “Xəzər Lənkəran”ın mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu verib.

 

O bildirib ki, ötən ayın sonlarında meydançaya səpilən toxum arenanı ideal vəziyyətə gətirib. Bir aya yaxın davam edən işlər artıq yekunlaşıb və ot örtüyü Topaz Premyer Liqasının “Zirə” ilə növbəti matçı ərəfəsində artıq biçilib: “Bildiyiniz kimi, biz Lənkəranda sonuncu dəfə avqustun 22-də “Rəvan”la qarşılaşmışdıq. Ondan sonra milli komandanın oyunları ilə bağlı çempionatda fasilə yarandı. Ardınca isə “Qarabağ” və “Neftçi” ilə səfərdə üz-üzə gəldik. Bu müddətdə xaricdən gətirilən toxum səpildi. Bir aya yaxın orda intensiv iş aparıldı. Artıq stadion tam hazırdı. “Zirə” ilə oyun da Lənkəran şəhər stadionunda keçiriləcək”.

 

Qeyd edək ki, Topaz Premyer Liqasının VI turu çərçivəsində “Xəzər Lənkəran” - “Zirə” oyunu sentyabrın 27-də keçiriləcək.