“Xəzər Lənkəran” Topaz Premyer Liqasının XV turu çərçivəsində “Qəbələ”ni də Bakıda qəbul edə bilər. Bu barədə apasport.az saytına cənub klubunun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu məlumat verib.
Onun sözlərinə görə, bir aya yaxındı təmirə bağlanılan Lənkəran şəhər stadionunun ot örtüyü artıq hazır vəziyyətdədi: “Ot artıq iki dəfə biçilib. Yeganə problem ondadı ki, otun kökü hələ də kövrəkdi və belə vəziyyətdə oyun keçirmək yenidən meydançanı yararsız hala sala bilər. Üstəlik, Lənkəranda yağışlı havalar hökm sürür. Çox güman ki, “Qəbələ” ilə matçı da Bakıda keçirəcəyik”.
Lənkəran stadionunun ot örtüyünün ideal vəziyyətə gətirilməsi üçün klub rəhbərliyi Filip Şarpleslə anlaşıb. Adıçəkilən mütəxəssis son olaraq “Qəbələ”nin meydançalarına nəzarət edib. Cəbrayıloğlu da bununla bağlı son vaxtlar mətbuatda yazılan məlumatlardan narahatdı: “Şarples hansısa bir komandanın mütəxəssisi deyil. Biz ingilis şirkəti ilə danışmışıq və onlar da həmin şəxsi bura göndərib. Onlar təkcə “Qəbələ”nin stadionu yox, Tofiq Bəhramov adına Respublika stadionuna da baxıb”.
Qeyd edək ki, “Xəzər Lənkəran” – “Qəbələ” oyunu dekabrın 7-də keçiriləcək.
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək