Lənkəranda hədə-qorxu: Şərəfsiz kimdi?
09.02.2014 - 14:27
Lənkəranda hədə-qorxu: Şərəfsiz kimdi?

Topaz Premyer Liqasının XX turunda az sonra “Xəzər Lənkəran”la qarşılaşacaq “Neftçi” klubunun İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Gündüz Abbaszadə problemlə üzləşib. Apasport.az saytının xəbərinə görə, buna səbəb həmkarımızın “facebook” sosial şəbəkəsində yazdığı statusdur.

 

Belə ki, Lənkəranda komandasına məxsus olan avtobusun şüşəsinin sındırılmasına etiraz edən Abbaszadə statusunda “Bunun adı şərəfsizlik. Avtobusun nə günahı var? Heç olmasa, bayrağımız olan hissəyə atmayın daşları” yazıb.

 

Bundan sonra isə ona gizli nömrələrdən zəng edilərək, hədə-qorxu gəliblər: “Həmin fikirləri yazandan sonra mənə çoxlu zənglər olur. Hətta ölkə xaricindən də. Bəziləri fikrimi düzgün başa düşməyib. Bəzilərinə də, fikrimi çatdırmışam, anlayışla qarşılayıb. Demək istəyirəm ki, mən şərəfsiz sözünü avtobusa daş atan şəxsə ünvanlamışam, başqa heç kimə yox”.