“Bavariya”nın hücumçusu Robert Levandovski gələcək karyerası ilə bağlı qərarını açıqlayıb. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, polşalı forvard Münhen klubunu tərk etmək fikrində deyil.
28 yaşlı forvard gələn təkliflərə baxmaq istəmədiyini bildirib: “Almaniyadan kənarda bir neçə klubun mənimlə maraqlandığını bilirəm. Ancaq əminliklə deyə bilərəm ki, “Bavariya”nı tərk etməyəcəm. Bu, böyük klubdu”.
Levandosvskinin meneceri “Bavariya” rəhbərliyi ilə artıq ilk görüşünü də keçirib. İlk danışıq zamanı rəhbərlik 2019-cu ilə qədər olan hazırkı müqavilə müddətinin 2021-ci ilə qədər uzadılmasını təklif edib. Hətta tərəflər arasında ilkin razılıq əldə edildiyi də bildirilib.
Qeyd edək ki, “Real” və PSJ-nin maraq dairəsində olan Robert Levandovski bu mövsüm Bundesliqada keçirdiyi 20 oyunda 21 qola imza atıb.
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”